Venesuela ətrafında vəziyyət getdikcə kəskinləşir. Tezadlar.az Reuters- ə istinadla bildirir ki, Tramp administrasiyası Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmaq üçün Venesuelaya qarşı hərbi əməliyyat üçün üç mümkün variant seçib. agentlik yazır ki, birinci variant ordunun Maduroya dəstəyini zəiflətmək üçün Venesuela hərbi obyektlərinə hava hücumlarını əhatə edir. Bu variantın tərəfdarları bunun Venesuela liderini ölkəni tərk etməyə məcbur edə biləcəyinə inanırlar. Lakin tənqidçilər zərbələrin əks nəticə verə biləcəyini və Maduroya dəstəyi gücləndirə biləcəyini qeyd edirlər. İkinci variant Venesuela prezidentini tutmaq və ya öldürmək üçün elit Dəniz Qüvvələrinin bölməsinin (Dəniz Pişikləri) göndərilməsini əhatə edir. Üçüncü variant isə Maduronanın könüllü olaraq postu tərk edib getməsidir.
Venesuelada hərbi əməliyyatlar üçün bu variantlar nəzərdən keçirilir






