Əsas məzmuna keç

Vens İranla müzakirələrdə ABŞ-nin şərtlərindən danışıb

“ABŞ İranla danışıqlarda bir sıra “qırmızı xətt”lər müəyyən edib”. Tezadlar.az CNN-ə istinadla xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalında çıxışı zamanı bildirib. “ABŞ-nin müəyyən “qırmızı xətt”ləri var. Buradakı əsas marağımız İranın nüvə silahı əldə etməsinə imkan verməməkdir”, – deyə o qeyd edib.

Vitse-prezidentin sözlərinə görə, ABŞ Cenevrə danışıqlarından sonra da İranla bağlı istənilən addımı atmaq imkanını saxlayır. Bundan əvvəl “Axios” portalı məlumat yaymışdı ki, Pentaqon son 24 saat ərzində Yaxın Şərqə 50-dən çox “F-35”, “F-22” və “F-16” qırıcılarını göndərib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…