Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Avropa Komissiyasının prezidenti Ursula fon der Leyeni “siyasi cəhətdən qeyri-sabit” adlandıraraq, onu dondurulmuş Rusiya aktivləri ilə bağlı qərarı gecikdirdiyinə görə tənqid edib.
Tezadlar.az bildirir ki, bu barədə “RİA Novosti” məlumat verir.
Tsahknanın sözlərinə görə, fon der Leyen hələ də Ukraynanın Rusiya aktivləri ilə dəstəklənməsi ilə bağlı konkret təklif irəli sürməyib.
Nazir vurğulayıb ki, “Əslində 27 üzv dövlətə ehtiyac yoxdur. Böyük əksəriyyət kifayətdir və bu zəmanətlər Belçikaya veriləcək. Beləliklə, söhbət daha çox Ursula fon der Leyenin siyasi qeyri-sabitliyindən gedir”.
Estoniyanın xarici işlər naziri gələn həftənin əvvəlində “təklif təqdim ediləcəyinə” ümid etdiyini bildirib.
Bundan əvvəl Belçikanın Baş naziri Bart de Vever Avropa Komissiyasının (AK) Belçikada saxlanılan dondurulmuş Rusiya aktivlərini Ukraynaya 140 milyard avro kredit vermək planına qarşı çıxmışdı.
Lakin medianın məlumatına görə, Belçika daha sonra Rusiyanın suveren aktivlərinin Kiyevə təhvil verilməsi üçün bir sıra şərtlər irəli sürüb və digər məsələlərlə yanaşı, bütün mübahisələrin həlli risklərinin Avropa tərəfdaşları arasında bölüşdürülməsini tələb edib.
E.ŞİRİNOV