Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gecə Rusiya ordusunun Ukraynanın Xarkov vilayətinə atdığı “Şahed” raketi mülki evə düşüb. Tezadlar.az xəbər verir ki, bu barədə Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov öz “Telegram” kanalında məlumat verib. O Xarkovun Boqoduxov şəhərinə raket düşməsi nəticəsində bir evin dağıldığını və dağıntılar altında üç uşağın qaldığını bildirib. Dağıntılar altından uşaqlarla birlikdə 34 yaşlı bir kişi meyiti də çıxarılıb. Hadisə nəticəsində bir neçə nəfərin də xəsarət aldığı bildirilir.
Rusiyanın sülh danışıqları gedişində bu cür addımları Tramp administrasiyasında da birmənalı qarşılanmır.