8 Dekabr 2025 / 09:36

“Yadplanetli gəmisi” 3I/ATLAS-ın iki quyruğu ola bilər

“Yadplanetli gəmisi” adlandırılan 3I/ATLAS kosmik obyektinin iki quyruğu ola bilər.

Tezadlar.az bildirir ki, Harvard Universitetinin alimi Avi Loeb bu barədə bloqunda məlumat verib.

“Ulduzlararası qonaq 3I/ATLAS-ın yeni teleskop görüntüsünün fırlanma qradiyent xəritəsi obyektdən çıxan iki axının, hər birinin fərqli bir antiquyruğu olan dəlillərini göstərir”, – astronom yazıb.

Onun məlumatlarına görə, antiquyruğu Günəşə doğru 60.000 kilometrdən çox uzanır. Alim qeyd edib ki, antiquyruğu obyektin normal hərəkətinə nisbətən istiqamətini dəyişib. Mütəxəssis əlavə edib ki, belə bir fenomen məlum kometlərdə müşahidə olunmur.

Noyabr ayının sonunda alimlərin tozlu bir antiquyruğunun mövcudluğunu aşkar edən 3I/ATLAS-ı izləməyə davam etdikləri bildirilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!