Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstanda son on gün ərzində benzinin qiymətinin ən yüksək həddə çatması fonunda Zuqdidi şəhərində yanacaqdoldurma məntəqəsinin sahibi və onun polis oğlu güllələnib.
Gürcüstan mətbuatı yazır ki, ata və oğul yanacaqdoldurma məntəqəsinin qarşısında dayanan avtomobildə olarkən, onlara hücum edilib. Məlumata görə, 65 yaşlı kişi hadisə yerindəcə dünyasını dəyişib. Onun yaralı oğlu isə təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Şahidlər, onları güllələyənin yanacaqdoldurma məntəqəsinin ortağı olduğunu bildirirlər. Hadisə yerində ekspert-kriminalistlər araşdırma aparırlar.
Şübhə yoxdur ki, hadisə şəriklik üstündə yaranıb. Prokurorluq cinayətkarların əməlinə tezliklə hüquqi qiymət veriləcəyi barədə zərəçəkənin ailəsinə vəd verib.
A.Məmmədli