24 Noyabr 2025 / 08:29

Yasamaldakı yanğında zəhərlənənlərin vəziyyəti belədir: evə buraxılanda var, ağır olan da…

21.11.2025-ci il tarixində Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında baş verən yanğınla bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan şəxslərdən daha 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Bu barədə tezadlar.az- ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib. 5 nəfərin isə müalicəsi davam etdirilir. Onlardan 1 nəfərin (qadın) vəziyyəti ağır olaraq qiymətləndirilir. Pasiyent süni tənəffüs cihazı ilə təmin edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!