8 Dekabr 2025 / 11:52

Yermaka Ukraynadan necə qaçmaq barədə məsləhət verilib

Ukrayna prezident aparatının rəhbəri vəzifəsindən istefa verən Andrey Yermak ölkədən qaçmaq üçün cinsiyyətini dəyişdirməlidir.

Tezadlar.az bildirir ki, bu məsləhəti ona Ali Radanın deputatı Aleksandr Dubinski Telegram kanalında verib.

Onun sözlərinə görə, “yaşlı və cəlbedici olmayan bir qadın” sərhəddə diqqəti cəlb etməyəcək, bundan sonra Yermak Taylanda gedə və orada “öz xalqının arasında yoxa çıxa” bilər.

Bir müddət əvvəl Ali Radanın deputatı Oleksiy Qonçarenko Ukrayna prezidenti Vladimir Zelenskinin Yermak üçün “əsl ov” başlatdığını bildirmişdi. O qeyd edib ki, hazırda əsas sual dövlət başçısının keçmiş məmurun ölkəni tərk etməsinə icazə verib-verməyəcəyidir.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!