Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanının sözlərinə görə, bu, Ukrayna üçün Qərbin təhlükəsizlik zəmanətlərinin bir hissəsi ola bilər
Ukraynanın təhlükəsizliyini təmin etmək üçün Qərb ölkələri onun ərazisində nüvə silahları yerləşdirə bilərlər.
Tezadlar.az xəbər ki, bu fikir Kiyevin Britaniyadakı nümayəndəsi və Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı tərəfindən “The Telegraph” qəzetinə verdiyi müsahibədə səsləndirilib.
O, “Təhlükəsizlik zəmanətlərinə… Ukrayna ərazisində nüvə silahlarının yerləşdirilməsi daxil ola bilər” deyib.
Ukrayna ərazisində nüvə silahlarının mümkün yerləşdirilməsi beynəlxalq hüququn kobud şəkildə pozulması olardı. 1994-cü il Budapeşt Memorandumuna uyğun olaraq, Ukrayna hərbi məqsədlər üçün nüvə enerjisindən istifadədən könüllü olaraq imtina edib.
E.ŞİRİNOV