Əsas məzmuna keç

Zaporojye AES-in gələcəyi sülh sazişindən asılı olacaq

Sülh haqqında razılaşma əldə olunacağı təqdirdə Zaporojye Atom Elektrik Stansiyasına (AES) xüsusi status və Rusiya ilə Ukrayna arasında əməkdaşlıq sazişi tələb olunacaq.

Tezadlar.az-ın istinadən verdiyi məlumata görə, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bildirib.

“Rusiya və Ukrayna nəticə etibarilə əməkdaşlıq haqqında saziş hazırlamalı və ya mehriban qonşuluq münasibətləri atmosferi yaratmalıdırlar”, – o qeyd edib.

Xatırladaq ki, Ukraynada hərbi əməliyyatların başlanmasından sonra AES 2022-ci ilin fevralında Rusiyanın nəzarətinə keçib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…