Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 Fevral 2026 / 04:57

Zelenski komandasına Putinlə görüş təşkil etməyi tapşırdı – “Axios”

Prezident ərazi məsələsində irəliləyiş əldə etməyin ən yaxşı yolu belə bir görüşün olduğunu düşünür

Ukrayna prezidenti Vladimir Zelenski komandasına Cenevrədə Rusiya lideri Vladimir Putinlə görüş təşkil etməyi tapşırdı.

Tezadlar.az “Axios”a istinadən xəbər verir ki, Ukrayna lideri ərazi məsələsində irəliləyiş əldə etməyin ən yaxşı yolunun Putinlə üz-üzə görüşmək olduğunu düşünür.

Zelenskinin qoşunların geri çəkilməsi məsələsini müzakirə etməyə hazır olduğu bildirilir, lakin Moskvanı qüvvələrini bərabər məsafəyə çəkməyə çağırıb və Rusiyanın ərazi üzərində suverenlik iddialarını rədd edib.

Prezident həmçinin Ukraynada seçkilərin keçirilməsi ilə bağlı da şərh verib. O, seçkilərin kövrək atəşkəs dövründə keçirilə biləcəyini irəli sürüb. Zelenski vəzifəyə namizədliyini irəli sürmək ehtimalına açıqdır.

“Bu, xalqdan asılı olacaq. Görəcəyik nə istədiklərini”, – deyə dövlət başçısı izah edib.

Onun sözlərinə görə, Rusiya hazırda yalnız bir günlük atəşkəsə razılaşmağa hazırdır ki, Ukrayna səsverməni təşkil edib keçirə bilsin. Prezident Moskvanın mövqeyini absurd hesab edir. Onun fikrincə, bu, Rusiyanın əsl sülhə hazır olmadığının əlaməti ola bilər.

Ukraynada müharibənin bitməsi

Prezident Zelenski hesab edir ki, Ukrayna xalqı Donbasdan qoşunların çıxarılmasını və bölgənin Rusiyanın nəzarətinə verilməsini əhatə edən sülh müqaviləsini rədd edəcək.

Qeyd etmək lazımdır ki, 17-18 fevral tarixlərində Cenevrədə Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin iştirakı ilə danışıqların növbəti mərhələsi keçirilir. Medianın məlumatına görə, dünənki görüşə Almaniya və Böyük Britaniya da daxil olmaqla daha dörd ölkənin nümayəndələri qatılmışdı.

Amerika nümayəndə heyətinə həmçinin NATO-nun Avropa üzrə Ali Müttəfiq Komandanı Aleksus Qrinkeviç və Ordu katibi Den Driskol da qoşulub. Qrupa Trampın xüsusi elçisi Stiven Vitkov və ABŞ prezidentinin kürəkəni Cared Kuşner rəhbərlik edib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!