Əsas məzmuna keç

Zelenski Putinin “siqnallarını” belə qiymətləndirdi

Ukrayna lideri Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinin “siqnallarının” Kiyev üçün “tamamilə yeni bir şey olmadığını” və münaqişənin nə qədər davam edəcəyinin yalnız Qərbdəki tərəfdaşlarımızdan asılı olduğunu bildirib.

“Əvvəla, Putinin verdiyi siqnallar bizim üçün tamamilə yeni bir şey deyil. Mən həmişə demişəm ki, o, müharibəni bitirmək istəmir. Sual budur ki, o, bunu davam etdirə bilərmi? Bu, tərəfdaşlarımızdan, onların təzyiqindən, ilk növbədə sanksiyalar vasitəsilə, həm də diplomatik təzyiq vasitəsilə asılıdır”, – Tezadlar.az xəbər verir ki, Zelenski bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…