1/8 finalın ilk oyunlarına start verilir: UEFA Çempionlar Liqasından qərar fiti!

Oxunma sayı: 76

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk matçlarına start verilir. Tezadlar.az xəbər verir ki, ilk oyun günündə 4 görüş baş tutacaq. “Real” evdə “Atletiko” ilə qarşılşacaq. İngiltərənin “Arsenal” klubu PSV-nin, Fransa təmsilçisi “Lill” “Borussiya”nın qonağı olacaq. “Brügge” isə Belçikada “Aston Villa” ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

1/8 final, ilk oyunlar

4 mart

21:45. “Brügge” (Belçika) – “Aston Villa” (İngiltərə)

00:00. “Real” (İspaniya) – “Atletiko” (İspaniya)

00:00. PSV (Niderland) – “Arsenal” (İngiltərə)

00:00. “Borussiya” (Dortmund, Almaniya) – “Lill” (Fransa)

Qeyd edək ki, 1/8 final mərhələsinin digər dörd matçı sabah keçiriləcək.

Xəbəri paylaş

21 Aprel