11 İyul 2021 / 08:50

RUSİYADA SON SUTKADA KORONAVİRUSDAN 749 NƏFƏR ÖLÜB

Rusiyada son sutka ərzində daha 25 033 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Operativ Qərargaha istinadən verilən məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 5 783 333 nəfərə çatıb.

Son sutka ərzində 749 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 143 002 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Braziliya və Fransadan sonra beşinci yerdə gəlir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!