Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün – mövcud XXI əsrdə cəmiyyətin ən “xəstə” yeri – damarı gənc nəslin tərbiyəsində özünü göstərən problemdir. Əlbəttə, söhbət doğulub-böyüyüb ana ağuşunu tərk edən, ailədə valideynlərilə birgə böyüyən uşaqlardan gedir. Maraqlıdır, bu uşaqların ata və anaları necə yaşa doldular, təhsil aldılar (ya orta, ya da ali məktəblərdə), ailə qurdular, dünyaya övlad gətirdilər. Və gəlib yaşadığımız əsrə qədəm qoydular… Bu nəslin ağlına gələrdimi övladları böyüdükcə problem yaradacaqlar və bu problemin mərkəzində məhz özləri olacaqlar?!
***
Həqiqətdir, dünənki uşaqlar, bu günkü yeniyetmələr və gənclər başqalaşıblar, qeyri – insani davranışa: böyüyə qarşı laqeydlik, nəzakətsizlik, kobudluq, oğurluq, qumarbazlıq, narkomaniyaya aludəçilik, cana qəsd, bir sözlə, qəddarlıq onlar üçün adiləşmişdir. Hətta ata-anasını, bacı – qardaşını qətlə yetirən yeniyetmə gənc “uf” demədən hadisəni soyuq hisslə qarşılayır. Məhkəmədə suallara sadəlövh cavab verir. Sual meydana çıxır: Bu cinayətlərin kökü haradan qidalanır? Mən yaşa-dığım illərdə, çalışdığım pedaqoji sahələrdə, mətbuatda, mühitdə bu barədə düşün-müşəm, müşahidələr aparmışam, onlarla məqalələr yazmışam, kitablar çap etdirmişəm və suala cavab axtarmışam. Çağdaş yeniyetmə – cavanlarda soyuqqanlığı, laqeydliyi, başqa sözlə, qəddarlığı yaradan faktorların mənbəyini ilk uşaqlıq döv-ründə axtarmışam. İlk şagird illərində təxmin etmişəm. Bu bəlalar o halda uşaq vü-cuduna yol tapdı: altı yaşlarından – birinci sinfə ayaq basandan humanitar – bədii dərsliklərdən məhrum olundular, onların əlindən “Əlifba”nı aldılar, “Ana dili”ni uzaqlaşdırdılar, hər şeyi riyaziləşdirdilər, hətta “Azərbaycan dili” dərsliyini də.
Gənc nəsil 5-6-7 yaşlarından bədii ruhda böyüməlidir, onlar şeirə, hekayəyə, poetik mətnlərə alışdırılmalıdır. Bədiiyyat, ümumiyyətlə, insan varlığını zövqlən-dirir, estetik hisslərini cilalayır, insanlarda yalnız yaxşı keyfiyyətləri (əlamətləri) görür. Mən Dünya ədəbiyyatına az-çox bələdəm, hələ bir şairin, yazıçının, musiqi-çinin qəddarlığını, insanı qətlə yetirdiyini oxumamışam. Düzdür, cavanlıqlarında qumarbaz, içkibaz, qadın pərəstişkarı olublar, lakin İnsan vücuduna qəsd etməmiş-lər! Bunu milli şairə və yazıçılara, musiqiçi və rəssamlara da şamil edərdim!
Bir vaxt – Sovet dönəmində təhsildə humanitarlaşdırma ideyası tətbiq olun-muşdu və pedaqoqlar bunun müsbət rolunu araşdırdılar. Çox doğru – düzgün ad-dımdı, yeni nəsil – məktəblilərin əxlaq tərbiyəsində ən vacib məsələydi. Bu gün həmin problemə qayıtmağın vaxtı çatmışdır. Şagird yaşlarında cinayət törədən uşaqların sayı günü – gündən artmaqdadır, bu fakt təkzibedilməzdir. Belə yeniyet-mələrlə söhbət zamanı aydın olur ki, bir şeir, hekayə belə, oxumayıblar, ancaq riyazi biliklərdən məlumatlıdılar, misal və məsələni həll edərlər!
***
Acınacaqlıdır: təhsilin humanitarlaşdırılması məsələsində peşəkar pedaqoq-ların təcrübəsi unudulmuşdur, onlar ibtidai sinif dərsliklərindən “qovulmuşdur”, eləcə də professional metodistlər, yeni dərsliklərin tərtibinə ədəbiyyatşünaslar, dilşünaslar, dissertasiyaların arxasında gizlənənlər, pedaqogika elmindən xəbərsizlər cəlb olunmuşlar. Ömründə M.Ə.Sabiri, A.Səhhəti, A.Şaiqi, R.Əfəndiyevi, M.Dilbazini, X.Əlibəylini, Lev Tolstoyu, S.Marşakı, K.Uşinskini oxumayan müəl-liflər “Əlifba”nın başına turp əkdilər, eləcə də II-IV siniflərin humanitar ruhlu dərsliklərinə. M.Sabirin “Uşaq və Buz”unu, A.Səhhətin “Yay səhəri”ni, A.Şaiqin, R.Əfəndiyevin M.Dilbazinin şeirlərini oxumayan müəlliflərə meydan vermək olmaz! Elm və Təhsil Nazirliyi bu haqda düşünməlidir. Axı, keçmiş dərslik ənə-nələrimiz gənc nəslin – uşaqların humanist tərbiyəsinə yönəldilmişdi. Bu gün yaşa dolan, 40-60 yaşında oğul – qız, nəvə – nəticə sahibi olan valideynlər heç vaxt ağır cinayət törətməmişlər, tərcümeyi – hallarına ləkə düşməmişdir! Amma onların nəvə – nəticələri məhkəmələrə çağrılır, qapılarını polislər döyürlər!

…Mən arxivimdən “Əlifba” dərsliyini çıxarıb vərəqlədim. Səhifələr saralsa da mətnlər, sanki mənim uşaqlığımla danışırdı. “Əlifba”dakı şeirləri, hekayələri, tapmacaları, atalar sözlərini rəngli şəkillər müşahidə edir. Bu gün “Əlifba”nı “Azərbaycan dili” adlı dərslik əvəz edir. Nəyi öyrədir? Öz ana dilini! Birinci sinifdə oxu-yan uşaq məgər doğma dilini bilmir, bu dildə danışmır? Həm ailədə, həm ictimai mühitdə doğma sözlərlə ünsiyyət qurmur? Məgər bütün uşaqlar bağçaya gedir? Gedənlərə uşaq psixologiyasına xas bəzi nüansları öyrədirlər, qəliz şeirlər əzbərlədirlər. Amma onlarda eqoizm, tənhalığa meyl, narsizm və sair əlamətlər davam edir. Birinci sinifdə onlara ana dilindən “dərs” keçirlər, sanki ali məktəbə hazırlaş-dırırlar. Halbuki, uşağa bədii mətnlər, lakonik dildə təsvir olunan hadisələr xırda oçerklər – daha münasibdir, yuxarı siniflərə: II-III-IV siniflərə hazır olmalıdılar. Uşağa nə lazımdır? Çantasında “iş dəftərləri” gəzdirir. Başqa humanitar kitablar necə – varmı? Nəvəmdən soruşuram: – Şeir söyləyə bilərsənmi? Tapmaca necə, atalar sözü necə?
– Bağçada bir-iki qəliz şeir öyrənmişəm, baba!
– Atan səni zoorparka aparmışdı, hansı heyvanları gördün? Onlarla yəqin ki, “zarafatlaşdın” da!
– Bəli, baba.
– Xoruz, keçi necə də şıltaqdılar! Bu heyvanlar barədə şeir bilirsənmi?
– Yox, baba! Kitabda da onlar haqqında heç nə yazmayıblar, heç şəkilləri də yoxdur!
Nəvəmlə söhbəti tamamladım. Və iş otağıma keçdim. Xatirələrim oyandı. Açıq pəncərədən otağa uçan qızıl böcəklər divar boyu vurnuxurdular, Xəzərin səsi eşidilirdi, yaşıl bulanıq Xəzərin sahilində bir dəstə uşaq anaları ilə əylənirdilər.
Mən birinci sinfə getdiyim ilk günü, boz çantamda “əzizlədiyim”, “Əlifba” kitabımı xatırladım.
– 0 –
“Əlifba”nın ilk müəllifi Sovet dönəmində məşhur maarifçi Yusif Zeynalov (görkəmli aktyorumuz Əli Zeynalovun atası) olubdur. Müharibədən əvvəl və sonra onun “Əlifba”sı tədris edilmişdir, ta 60-cı illərə qədər. Az sonra professor Yəhya Kərimov Yusif Zeynalova qoşulmuş, müştərək müəllif olmuş, Y.Zeynalovun vəfa-tından sonra təkbaşına “Əlifba”nı yazmış, təxminən əlli il onun “Əlifba”sı yaşa-mışdır. Yəhya Kərimov ibtidai təhsil sahəsində əvəzsiz pedaqoq idi! Mən uzun illər professorla bir müəssisədə – Pedaqogika İnstitutunda birgə çalışmışam. O, təxminən 90 il ömür yaşamışdır. Fikrimi davam etdirirəm: “Əlifba” dərsliyi bu gün birincilər üçün düzgün tərtib olunmamışdır, mövzu dərslik uşaqlara başqa məqsəd daşıyır. Belə ki, azərbaycanlı uşaqlara, azərbaycanlı ailəsində doğulanlara və bu dildə danışanlara doğma dilin incəliklərini, şifahi danışığın səlistliyini, şeiriyyətini aşılamalıdır. Axı, dilimizin strukturu, fonetik sistemi, intonasiyası, deyilişi son dərəcə lakonikdir, çoxmənalıdır, məcazlıdır və s. Uşaqlar – altı yaşlılar hər bir əşya-nın, görümün mənasını poetik sözlər vasitəsilə, məntiqi vurğunun köməkliyilə mə-nimsəməlidir. Uşaqları ilk günlərdən, aylardan ədəbiyyata, bu janrın poeziyasına alışdırmaq lazımdır, çün, dilimiz şeir dilidir, ən çətin mürəkkəb mətləbləri poetik dillə də anlayırıq. Təəssüf, son illərdə ibtidai sinif şagirdləri uşaq şeirlərindən uzaqlaşdırılmışdır, M.Sabir, A.Səhhət, A.Şaiq, R.Əfəndiyevin poeziyası “yadlaşmışdır”. Əski “Əlifba” dərsliyini vərəqləyirik, uşaqlar şəkildə gördükləri xoruzu, keçini, dovşanı – onların hərəkətlərini şeir dili ilə qavrayırlar. Birinci sinfə ge-dərkən “Əlifba”mızda maraqlı və ibrətli şeirlərlə heyvanların davranışlarına bələd olurduq. Məsələn:
Ay pipiyi qan xoruz,
Gözləri mərcan, xoruz.
Sən nə tezdən durursan,
Qışqırıb banlayırsan,
Qoymayırsan yatmağa …
Bu şeir xoruz barədə həm təsəvvür yaradırdı, həm də emosional təsir oyadırdı.

Abdulla Şaiqin “Keçi” və “Dovşan” şeirləri də uşaqlarda heyvan barədə təsəvvür yaratmaqla bərabər dərin tərbiyəvi təsir göstərirdi: Dəcəl keçinin “şıltaq-lığı” ilə yanaşı, onun təhlükəsizliyi qayğısı uşaqları düşündürməyə bilməzdi.
…Bir qurd çıxsa qarşına,
Sən nə edərsən ona.
Çoban açınca gözün,
Qalar iki buynuzun.
A.Şaiqin “Dovşan”ı da məna kəsb edir: uşağın heyvanlara qayğısı, onları sevməsi – dovşanla uşağın “dialoqu”. Uşaq niyyətini bildirir:
Qaçma, səni sevərəm,
Can kimi bəsləyərəm,
– deyir, dovşan isə cavabında:
Dayanmaram, a qardaş,
Yanında var alabaş,
– cavablandırır.
“Əlifba”da maraqlı o idi, tapmacalar, atalar sözləri belə, şeirlə verilirdi. Məsələn: “Bizdə bir kişi var, xor-xor yatışı var”, “Pişik ala boyundur, bucaqları pusandır”.
Yaxud:
Bir sürü atlar,
Çəməndə otlar.
Vaxtı gələndə,
Dərisi çatlar.
Bax, “Əlifba”nın poetik gücü bunda idi!
– 0 –
Əski “Əlifba” təkcə dili öyrətmək məqsədi (bu, ilk məramdı) daşımırdı, uşaqlarda düşüncə tərzini, intellektuallığı aşılayır və emosional hissi qavrayışına yönəldirdi. Lazımdır elə ilk yaşlardan uşaqlar sözün qüdrətinə inansınlar, ona görə ki, söz böyük qüvvədir, onun köməyilə insanları birləşdirmək olar, sözdən istifadə edərək insanları ayırmaq da olar, sözlə məhəbbətə xidmət göstərmək olar, sözün köməyilə düşmənçiliyə və nifrətə də qulluq etmək olar, insanları bir-birindən ayıran sözdən qaçmaq xeyirxahlıq deyilmi?!
Ədəbiyyatın tərbiyəvi əhəmiyyəti böyükdür, ona görə ki, bədii əsər oxu-cunun fikir və duyğularına eyni dərəcədə güclü təsir göstərir, xüsusən, uşaqlarda xəyalpərvərlik hissini oyadır, gələcəyə yaxşı gözlə baxmağa səsləyir. Xəyal edən uşaq öz xəyalına inanırsa, həyata diqqətlə nəzər yetirir, müşahidələrini xəyali istəklərilə müqayisə edirsə, öz arzularını həyata keçirmək üzərində vicdanla çalışırsa onda xəyalla həqiqət arasındakı ziddiyyətin zərəri olmur, xəyalı ilə həqiqət arasında bir təmas yarananda hər şey yerinə düşür…
– 0 –
Nədənsə son on illərdə məktəblilər ədəbiyyatın təsir dairəsindən uzaqlaşdırılır, daha çox riyazi fənlərə (elmlərə) üstünlük verilir, uşaqların beyni riyazi – təbii elmlərlə doldurulur. Təəssüflüdür, “Azərbaycan dili” dərslikləri də riyaziləşdirilib, bu ki, ana dilidir, məktəb şagirdləri doğma dilini bilmirlər? Ali təhsil alarkən istə-dikləri fənni seçəcəklər.
Xatırlayıram: Professor Yəhya Kərimovla söhbətlərimdə “Əlifba” və “Ana dili” dərsliklərində bədii ədəbiyyata ayrılan mətnlərə münasibətini, belə izah edirdi ki, inqilabdan qabaqkı ibtidai sinif dərsliklərində də bədii ədəbiyyata, xüsusilə şeirlə, nağıla, əfsanələrə lazımınca yer verilmişdir. Sabirin, Səhhətin, Şaiqin, Tolsto-yun, Rəşidbəyin, Mikayıl Rzaquluzadənin, Firudinbəyin, C.Zəmonun uşaqlar üçün qələmə aldıqları bədii mətnlər yetərliydi. Mərhum Yusif Zeynalov bu klassik dərs-liklərdən bəhrələnmişdir, mən də ondan. Mən nə qədər sağam bədii ədəbiyyata üstünlük verəcəyəm… Artıq professor Yəhya Kərimov həyatda yoxdur.

Milli yazıçılarımızı – müasirlərimizi nəzərdə tuturam – uşaq psixologiyasını bilmirlər, ona görə ki, uşaqlar arasında görünmürlər, onlarla dialoqa, kövrək mübahisəyə qoşulmurlar, evə o vaxt gəlirlər: yorğun, halsız və qayğılı. Ünsiyyət evdar anaların üzərinə düşür. Ona görə də uşaq yazıçılarımız uşaq həyatından xəbərsiz-dilər. Dahi ədib Lev Tolstoy yazmışdır: “Aləmə aydın, müəyyən və yeni dünya baxışı olmayan yazıçı, hətta üstəlik belə bir baxışın olmasını lazım bilməyən yazıçı bədii əsər yarada bilməz, o, çox gözəl yazar, lakin bədii əsər çıxmaz”. Bu gün dəyərli uşaq kitabları yox dərəcəsindədir, fantastik əsərlərdən danışmağa dəyməz. Böyük uşaq şairi S.Marşakın fikridir: “Uşaq kitablarının əsil sirri ondadır ki, müəl-lif öz oxucusu ilə oynamağı bacarır və eyni zamanda bu oyunu çox ciddi şəkildə aparır”.
Bu gün fantast yazıçılarımızdan Namiq Abdullayevin, Emin Mahmudovun, Rza Şahvələdin, Zahid Quliyevin yeri görünür. Bu janrda elmi – fantastik əsərlər yoxdur, bir səbəbi də uşaqlar üçün yazan yazıçılarımızın intellektual səviyyəsi aşağıdır. Uşaq dünyasına, onların tələblərinə varmaq lazım gəlir, bu uşaqlar elə bö-yüklər kimi də predmet və hadisələri görürlər, onları uşaqların anlayacaqları, təsəvvür edə biləcəkləri tərzdə izah etmək lazımdır.
– 0 –
İbtidai sinfin humanitar yönlü dərsliklərini o şəxslər tərtib etməlidir – peşəkar pedaqoq olmalı və ədəbiyyatı mükəmməl mənimsəməlidir: bu janrın incəliklərindən xəbərdardır, zəngin bədii – estetik zövqlüdür. Unutmamalıdır ki, ədəbiyyat insan ürəyini milyon qırılmaz tellərlə birləşdirən ən yaxşı vasitədir; ədəbiyyatın məqsədi hamını birləşdirən insanlar arasında bir əlaqə, bir məhəbbət yaratmaqdır, ədəbiyyat lazımdır insanları başa düşsün, onların qəlbini tərpədə bilsin, həyəcan-landıra bilsin.
– 0 –
Uşaqlar doğulanda “ağ vərəq”ə bənzəyir xasiyyətcə, sosial mühit: ailə və məktəb, istehsalat və əmək, qarşılaşdığı ziddiyyətlər və konfliktlər… onun həyatını dəyişdirir. Böyüklərin sevgisi və qayğısı onların humanist tərbiyəsinə yönəldir. Bu isə məhz məktəbdən başlayır – birinci sinifdən – altı yaşından. Onlar dərsliklərlə qarşılaşırlar, dostlaşırlar, ünsiyyətə girirlər. Bəs bu ilk dərslik altı yaşlılara nə verir, nə vəd edir? Yaddaşlarını dil materialları ilə doldurur, ana dilini “yenidən” öyrədir!
Humanist motivli bədii mətnlər: şeirlər və hekayələr, tapmacalar və atalar sözləri, hikmətli rəvayətlər və əfsanələr unuduldu. Sabir, Səhhət, Şaiq şeirləri dərsliyə “yaramadı”? Bədii zövqdən, estetik dəyərlərdən uşaqlar məhrum oldular. Bununla uşaqlar Dünyanın humanitarlaşması ideyasından uzaqlaşdılar. Bəs onları yeniyetmə – cavan yaşlarında nə gözləyir? Cavabını sosial və mənəvi mühit verəcəkdir!
Allahverdi EMİNOV,
yazıçı-publisist
(Xüsusi olaraq “Təzadlar” üçün)