8 Mart 2026 / 04:48

SON DƏQİQƏ: Beyrutun mərkəzindəki otelə edilən hücum nəticəsində üç nəfər ölüb – “Əl-Cəzirə”

Livanda Beyrutun mərkəzindəki bir otelə edilən hücum nəticəsində ən azı üç nəfər ölüb, doqquz nəfər yaralanıb.

Tezadlar.az xəbər verir ki, “Əl-Cəzirə” bu barədə Livan Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

“Beyrutun otel otağına edilən hücum nəticəsində üç nəfər ölüb, doqquz nəfər yaralanıb”, – məlumatda deyilir.

Daha əvvəl “Reuters” təhlükəsizlik mənbələrinə istinadən hücum nəticəsində iki nəfərin öldüyünü bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!