Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyul 2026 / 09:15

Bakının Binəqədi rayonunda bolşevik Çingiz İldırımın adına küçə- FOTO

…Sən demə, Bakının Binəqədi rayonunda Vətən xaini Çingiz İldırmın adına küçə hələ də mövcuddur. “Nəsimi” metrosu və “Azadlıq prospekti” metroları arasında yerləşən bu küçənin yaxınlığında 115 nömrəli tam orta məktəb, 244 nömrəli tam orta məktəb və 135 nömrəli tam orta məktəb də yerləşir. Maraqlıdır, görəsən bu uşaqlara dərs deyən müəllimlər hansı hisləri keçirirlər və uşaqlara hansı vətənpərvərlikdən söhbət açırlar.?! Doğrudanmı, hakimiyyət hələ də vətən xainlərini özünə müqəddəs sayır?!
Çingiz ildırım adını daşıyan küçədə küçə boyunca nömrələmə ardıcıllığı ilə fərdi evlər tənzimlənir Məsələn, Çingiz İldırım küçəsi ev 1, ev 6, ev 80 və s.).
Sözardı: Dostlardan xahiş edirəm bu faktı bir daha yoxlasınlar.
Sən demə bu gün həm də bu vətən xaini Çingiz ildırımın doğum günüdür. O, 1880-cı ilin 10 iyul günündə Qubadlı rayonunda anadan olub.
Sovet dövründə onun haqqında ilk dəfə “İşarəni dənizdən gözləyin” filmindən və “İldırım dənizə çaxır” kitabından məlumat almışıq
O vaxt sən demə düşmən ocaq başında imiş. Bildiyiniz kimi, Ç.İldırım Azərbaycan Cümhuriyyəti dövründə hərbi limanın rəis müavini olub. Milli Hökumət Xəzər dənizindəki bütün hərbi və mülki donanmanı ona etibar edib. O da donanma komandanı kimi 1920-ci ilin 27 aprel gecəsi Bakı Yunkerlər Məktəbini, polis idarəsini, Bayılda hərbi silah anbarını ələ keçirir. Onun əmri ilə hərbi donanmanın gəmiləri toplarını Cümhuriyyət Hökumətinin, Parlamentin yerləşdiyi binalara tuşlamış və qırmızı hərbi donanma adından Azərbaycan Hökumətinə, Parlamentinə hakimiyyətin dərhal Şura hökumətinə verilməsini tələb edən ultimatum verərək, komandanlıq etdiyi donanmadan üçrəngli bayraqları çıxardaraq yerə atmış, əvəzinə qırmızı bolşevik bayrağını asır.
Təbii ki, Azərbaycan Cümhuriyyəti Hökumətinin Ç.İldırıma belə bir məsul vəzifə verməsi yalnız təəccüb doğurur. Axı o, bolşevik idi. Təəssüf ki, Cümhuriyyətin o vaxtkı səhvlərini illər spnra AXC-.Müsavat hakimiyyəti təkrarladı.
Necə görə bilməyiblər ki, Çingiz İldırım məhz Cümhuriyyətin dövründə – 1920-ci ilin yanvarında Rusiya Kommunist (bolşeviklər) Partiyasının sıralarına üzv yazılmışdı. Bolşeviklər onun 1919-cu ilin əvvəllərində Bakıda apardığı gizli fəaliyyətindən razı qalaraq öz sıralarına qəbul etmişdilər. 1919-cu ilin əvvəlində Xalq Cümhuriyyətinin devrilməsində iştirak etmək üçün bolşeviklər tərəfindən xüsusi olaraq Azərbaycana göndərilən Ç.İldırım fürsəti əldən vermir. Tez bir zamanda gizli olaraq dəniz ekspedisiya dəstəsinə daxil olan qayıqlarla bolşeviklər üçün Həştərxana gizlicə neft və neft məhsulları göndərir. Rusiyadan isə Bakıya döyüş sursatı, siyasi ədəbiyyat və s. gətirməyə nail olur.
27 aprel günündə onun “qəhrəmanlığı”na bir daha nəzər yetirək.Bayılda yerləşən topların ələ keçirilməsini Çingiz İldırım sonralar-1922-ci il aprelin 28-də «Bakinski raboçi» qəzetində çap olunan öz xatirəsində belə təsvir edirdi:
“…İlin bu vaxtı üçün nadir olan isti bir gecə idi. Ay bütün ətrafı və məğrur meşəni andıran Bibiheybət mədənlərini özünün aydın işığına qərq etmişdi. Müsavatın başlıca dayağı olan iki nəhəng top ay işığında aydın görünürdü.
Topların yanına mərmilər yığılmışdı. Batareya mövqeyi rəisi bu mərmilərlə bizim döyüşçüləri qarşılamaq ümidində idi.
Toplara tərəf gedən yolu qoruyan növbətçi əsgər səslənərək bizi saxladı. O, növbətçi zabiti çağırdı. Qısa muddətli izahatdan sonra onlar bizi müvəqqəti düşmənlərimizin-topların yanına buraxdılar.
Mən topları nəzərdən keçirib zabitə onların açarlarını çıxarmağı əmr etdim. Əvvəlcə gənc podporuçnik əmri yerinə yetirməkdən imtina edərək, mövqe ba-tareyaları rəisinin yazılı əmrini tələb etdi. Lakin danışığın qısa olaçağını gördükdə…
Topların açarlarını çıxardıb gəmiyə göndərdikdən sonra rahat nəfəs aldım.
Düşmən tərksilah edilmiş, qələbə demək olar ki, təmin olunmuşdu. Donanmanı səhra toplarının təhlükəsindən də qurtarmaq lazım idi. Doğrudur, əslində bu toplar o qədər də qorxulu deyildi, lakin onların gurultusu əngəl törədə bilərdi.
Səhra artilleriyasının öhdəsindən gəlmək vəzifəsi çətin deyildi. Toplar asanlıqla zərərsizləşdirildi. Onların çıxarılmış açarlarını “Puşkin” gəmisinə göndərdik və sonra biz yola düşdük”.
Aprelin 27-də səhər tezdən Çingiz İldırım Bakı yunkerlər məktəbinə qəflətən daxil olub onları tərksilah elədi.
Yenə həmin gün səhər tezdən onun komandanlığı altında olan silahlı dənizçilər Bayıl fəhlələri ilə birlikdə şəhərdəki birinci polis idarəsini və sonra Bayıldakı hərbi silah anbarını ələ keçirdilər. Silahlanmış inqilabçı dəstələr hərbi limanı tamamilə nəzarətə götürdülər, daha sonra isə Bayıl həbsxanasını tutub, oradakı bütün siyasi məhbusları azad elədilər.
Azərbaycan K(b)P MK-nın göstərişilə Çingiz İldırımın komandanlığı altında Xəzər hərbi-dəniz donanması aprelin 27-də səhər döyüşə tam hazır vəziyyət aldı. Donanmanın bütün gəmilərindəki üç rəngli bayraqlar çıxarıldı və əvəzinə Qırmızı bayraqlar asıldı. Səhər saat 10-da bütün gəmilər Bakı buxtasına daxil olaraq öz toplarının ağzını hökumətin və parlamentin yerləşdiyi binalara doğru yönəltdilər. Bundan bir az sonra Həmid Sultanov başda olmaqla kommunistlərin nümayəndə heyəti Azərbaycan K(b)P MK, Rusiya K(b)P Qafqaz Ölkə Komitəsinin Bakı bürosu və Mərkəzi Fəhlə Konfransı adından hökumətə və parlamentə yazılı ultimatum verdi:
“Azərbaycan parlamentinə və hökumətinə.
Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsi adından Azərbaycan proletariatı və zəhmətkeş kəndlilərinin iradəsini ifadə edərək Mərkəzi Komitə qan tökülməsinin qarşısını almaq naminə hakimiyyəti dərhal bolşeviklər partiyasına təslim vermənizi ultimativ şəkildə qarşınızda qoymağı özünə borc bilir…”.
Bu ultimatumla yanaşı Çingiz İldırım da hərbi donanma adından parlamentə ayrıca ultimatum göndərmişdi:
“Azərbayçan hökumətinə və parlamentinə.
Azərbayçan Sosialist Şura Cümhuriyyətinin Qızıl donanması hakimiyyəti dərhal başda yoldaş Nərimanov olmaqla fəhlə-kəndli Şura hökumətinə vermənizi tələb edir. Qızıl Donanma bu halda milliyyətindən asılı olmayaraq bütün Bakı şəhər əhalisinə asayiş və əmin-amanlıq təmin edir. Cavab, ultimatum alınandan sonra, 2 (iki) saat ərzində verilməlidir. Əks təqdirdə atəş açılacaqdır.
Şura Azərbaycanının Qızıl donanma komandanı, mühəndis İldırım.
27 aprel 1920-ci il.
1937-ci il iyul ayının 7-də birdən-birə Xalq Daxili İşlər Komissarlığı (XDİK) Çingiz İldırımı həbs elədi. Üzərində “Əbədi saxlamalı” qrifi vurulmuş cinayət işində onu Bakıda ifşa edilmiş əksinqilabi qrupla əlaqələrdə, Maqnitoqorsk metallurgiya kombinatının tikintisi zamanı qəzalar və yanğınlar törətməkdə və xarici kəşfiyyata satılmaqda ittiham edirdilər.
Hər şey aydın idi… Onu güllələyəcəkdilər…
Elə də oldu. Bir neçə ay Bakıda və Dnepropetrovskda davam edən istintaq və dindirmələrdən sonra XDİK-in “troyka”sı onu ölüm cəzasına məhkum elədi. Ancaq ölüm hökmü dərhal icra olunmadı. O düz 4 il, ömrü boyu sədaqətlə xidmət elədiyi Qırmızı imperiyanın ən dəhşətli həbsxanalarından birində – Suxanovo monastrında, hər gün ölüm hökmünün icra ediləcəyi saatı gözlədi.
sözardı: Onun X.B.Sultanovla əmi uşağı olduğu deyilir. Əgər bu fakt doğrudursa güman etmək olar ki, Azərbaycan Cümhuriyyəti niyə görə Çingiz İldırımı nəzarətsiz buraxıb. Belə çıxır ki, Çingiz İldırım o vaxt hər iki cəbhəyə işləyib.

Sonrası və axırı isə hər kəsə məlumdur: həbs olunduğuIMG

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!