6 Avqust 2026 / 08:12

MACARLARIN KİTAB XƏZİNƏSİ- AKADEMİK YAZIR

Macarıstan Elmlər Akademiyasının 200 yaşı var. Bu şərəfli ildönümü münasibətilə Budapeşt Elmlər Akademiyasında artıq neçə aylardır ki, fəaliyyət göstərən qiymətli bir kitab sərgisi hazırlanıb.
Həmin sərgidə toplanmış əlyazma və kitabların hamısı Elmlər Akademiyasının Əlyazmalar və əski kitablar bölümündə saxlanılır. Həqiqətən iftixar etməli bir misilsiz sərvətdir.
Bu kitablar və əlyazmalarda macarların tarix içərisindən keçən şanlı yolunun, maarifçilik, millətləşmə, dövlətləşmə səmtindəki mübarizələrinin salnaməsi əksini tapıb.
Bu zəngin kolleksiyadan inciləri seçərək sıralayan elə Akademiyanın həmin bölməsinin rəhbəri, doktor Babuş Antaldır.
Budapeştə səfərdə mənim əsas məqsədim buradakı Şərq əlyazmalarını araşdırmaqdır.
Ancaq görkəmli filoloq alim Babuş Antalın bələdçiliyi ilə macar əlyazma irsi və əski kitablarının son 6 əsrdəki mənzərəsini seyr etməyim bizim xalqların kitab yaradıcılığı, xətt sənəti və kitab rəssamlığı sahəsində nə qədər maraqlı kəsişmə nöqtələrinin olması haqqında bilgilərimi artırdı…
Rəfael Hüseynov,
Akademik
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!