6 Avqust 2026 / 18:59

Azərbaycanda həbsdə olan Ruben Vardanyana görə “Azərbaycana ayaq basmayacağını” dedi və…

Türkiyəli-amerikalı mühəndis və tədqiqatçı-yazıçı Ergün Kırlıkovalı Azərbaycanda həbsdə olan Ruben Vardanyana görə “Azərbaycana ayaq basmayacağını” deyən məşhur risk analitiki Nassim Taleb-ə açıq məktub yazıb.
Tezadlar.az xatırladır ki, Ergün Kırlıkovalı məktubunda yazıb ki, Ruben Vardanyanın Qarabağa “qəfil gəlişi yerli sabitliyi birbaşa pozub”. “Vardanyanın keçdiyi yolu, sadəcə, humanitar missiya kimi qiymətləndirmək yazılarınızda xəbərdarlıq etdiyiniz “kor nöqtələr”in qurbanına çevrilmək deməkdir”, Ergün Kırlıkovalı məktubunda yazıb.
Ergün Kırlıkovalıya görə, Nassib Talebin ictimai mövqeyi bu münaqişənin qurbanlarına qarşı tarixi empatiyanın ciddi çatışmazlığını nümayiş etdirir. Ergün Kırlıkovalı Talebi məsələyə daha tənqidi yanaşmağa, Vardanyanın fəaliyyəti ilə bağlı iddiaları araşdırmağa və mövqeyini yenidən qiymətləndirməyə çağırıb. Nassim Talebin bu açıq məktuba reaksiyası hələlik bəlli deyil.
Taleb son illərdə Vardanyanın müdafiəsində açıq şəkildə çıxış edib və 2023-cü ilin dekabrında bir paylaşımında Vardanyanı “dostum” adlandırıb.
Vardanyan 2023-cü ilin sentyabrında Laçında saxlanılıb. Özünü ləğv etmiş tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın keçmiş dövlət naziri, rusiyalı milyarder Ruben Vardanyan bu ilin fevralında Azərbaycanda 20 illik həbs edilib. Vardanyan sülh və bəşəriyyətə qarşı cinayətlərdə, müharibə cinayətlərində, terrorçuluqda və digər ağır cinayətlərdə təqsirli bilinib. O, ittihamları qəbul etmir. Livan əsilli amerikalı risk analitiki, statistik və yazıçı Nassim Taleb Azərbaycana mühazirə ilə çıxış etmək üçün dəvət edildiyini yazmışdı.
Ergün Kırlıkovalı türkiyəli-amerikalı polimer kimyaçısı, sahibkar və diaspora ictimai fəalıdır. Onun şirkəti ABŞ-da B2 və F35 kimi qırıcı təyyarələrdə gizli texnologiya üçün polimer örtüklər hazırlanması ilə məşğuldur.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!