Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Əməkdar artist Ruhəngiz Allahverdiyeva geyim tərzi və özünü sevməyin vacibliyi barədə danışıb.
Tezadlar.az xəbər verir ki, sənətçi bu barədə “Qonaqcanlı” proqramında qonaq olarkən açıqlama verib. O, geyim seçimlərini insanların fikrinə görə etmədiyini bildirib.
“İnsan birinci özünü sevməlidir. Allah məni belə yaradıb. Tamaşaçıya görə geyinmirəm, insanların gözündə yaxşı görünmək üçün geyim seçmirəm. Eləsi var ki, məni belə paltarda görmək istəməz. Mən istəyirəm insanların gözü gözəllik görsün” deyə, müğənni qeyd edib.
İfaçı qırmızı rəngə olan sevgisindən də danışıb:
“Deyirlər, neçə yaşı var, nə geyinir, qırmızı geyinir. Qırmızı rəng mənfi enerjidən qoruyur. Hətta pis xəstəlik olan onkoloji xəstəliyi belə məhv edir deyirlər. Yaşın buna nə dəxli var? Yüz yaşım olanda da qırmızı geyinəcəyəm. Geyinəndə bədən ölçüsünə fikir verməlisən. İncəsənət adamıyıq, bədən quruluşumuz imkan verirsə, yaraşırsa geyinirəm. Buramda qırış var, etməyim, mənə yaraşmaz – düşünmürəm”.