Əsas məzmuna keç

Boşanıb… Boşanmayıb…- ŞƏRH

Boşanıb… Boşanmayıb… Sosial media və şəbəkələr Polad Bülbüloğlu ətrafında az qala qanını qəltan edir!

Olsun! Evlənsin! Amma və lakin…
Vaxtilə bir yazım var idi: Allah-Təala hər şeydə bir pərdə yaradıb, insanlar arasında da bu mütləqdir!

Keçmiş zamanda gəlin evə gələndə pərdə arxasında dayanıb bəyi gözləyərdi!

Qozu sındıranda hər ləpə arasında pərdəni görmüsüzmü?

Ürəyin pərdəsini necə!

Bəs narı kəsəndə neçə pərdə görürsünüz?

Quzunu kəsəndə(insanda da) diafraqma var, bu orqanlar arasındakı pərdədir!
Nəhayət, cəmiyyətdə də böyüklə kiçik, ağsaqqalla cəmiyyət, qadınla kişi, müəllimlə şagird, uşaqla valideyn… arasında mütləq pərdə olmalıdır!
SONDA: Polad Bülbüloğlu evlənədə bilər, boşaya da… Neçə dəfə istəsə belə… Amma o yaşda bu əməllərlə cəmiyyət arasında mütləq pərdə saxlanmalıdır!!! Saxlanılıbmı? Problem bundadır…

Asif MƏRZİLİ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…