Əsas məzmuna keç

Tramp Putinlə görüş üçün bu əsas şərti bəyan etdi

media tramp x evnzxlstymharbo

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə yalnız tərəflərin Ukrayna üzrə sülh sazişi bağlamağa hazır olduğu vaxt görüşəcəyini bildirib. Tezadlar.az Haber-Türk-ə istinadla xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. Tramp ABŞ-ın Rusiya, Ukrayna və digər ölkələrlə yaxşı münasibətlər qurmasını istədiyini bildirib. Onun sözlərinə görə, Rusiya böyük ərazilərə və çox qiymətli torpaqlara malik ölkədir və Moskva ilə yaxşı münasibətlər biznes üçün də faydalı ola bilər. Sitat: Biz görüşü dərhal keçirə bilərdik. Amma mən bu görüşü müharibənin sona yaxınlaşdığı vaxt keçirmək istəyirəm və düşünürəm ki, belə də olacaq”.

ABŞ Prezidenti həmçinin Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında böyük ədavət olduğunu bir daha dilə gətirdi.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…