Əsas məzmuna keç

ABŞ hərbçiləri ilk dəfə İran tankerlərinə zərbələr endirib

Hərbi ekspert Ədalət Verdiyev yazır: “…ABŞ hərbçiləri Tehranın Hörmüz boğazında ticarət gəmilərinə hücumlarına cavab olaraq ilk dəfə İran tankerlərinə zərbələr endirib. İranın boğazda gəmiçiliyə mane olmasının qarşısını almaq məqsədilə Donald Tramp “tankerə qarşı tanker” adlı yeni yanaşmanı təsdiqləyib. Bura qədər ABŞ hərbçiləri yalnız İranın dəniz blokadasını yarmağa cəhd edən gəmilərə zərbə vururdular. Sentyabrın 1-də təxminən 100 obyekti hədəf alan genişmiqyaslı zərbə çərçivəsində İranın iki tankeri dronlar vasitəsilə vurulub. Hücuma məruz qalan gəmilər İran sahilləri yaxınlığında, dəniz blokadası xəttindən şimalda lövbər salmışdı. Həmçinin SEPAH-ın hava hücumundan müdafiə obyektləri, radar sistemləri, gəmiəleyhinə qanadlı raketlər və zərbə dronları üçün buraxılış qurğuları, minalama vasitələri və rabitə məntəqələri də zərbələrə məruz qalıb…”.
Deyəsən, bölgədə vəziyyət pisə doğru gedir. Bəs bu nə ilə nəticələnə bilər? Sual yaranır: ABŞ, əslində, nə istəyir ki, İran onu verə bilmir… Necə ki, vaxtilə Moskva rəsmi Bakıdan elə şey istəyirdi ki, biz onu ən azı 30 il-ta 2020-ci ilədək verə bilmirdik, sonra Rusiyanın başı özünə qarışdı və hələ də yüz il canbir olduğu Ukrayna ilə 5-ci ildir savaşır…
A.Məmmədli
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…