ABŞ-ın İrana son aviazərbələri nəticəsində 18 nəfər ölüb. Tezadlar.az xatırladır ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, 30 avqust–2 sentyabr tarixləri arasında ABŞ-ın İrana qarşı həyata keçirdiyi yeni hücumlar nəticəsində 18 nəfər ölüb, 142 nəfər isə yaralanıb. İran Səhiyyə Nazirliyi ölənlər arasında 2 qadın və 1 uşağın olduğunu bildirib. Yaralılardan isə 61 nəfərin qadın, 44 nəfərin isə yaşının 18-dən aşağı olduğu qeyd edilib.
İran Səhiyyə Nazirliyi: ABŞ-ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var






