Əsas məzmuna keç

Lavrovdan təhdid: “Ermənistan tezliklə Avropa İttifaqına üzvlüklə bağlı fikrini dəyişəcək”

“Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı mövqeyini tezliklə dəyişəcək”. Tezadlar.az “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şərq İqtisadi Forumunda çıxışı zamanı bildirib. Lavrovun sözlərinə görə, Avropa İttifaqı iqtisadi üstünlüklərini itirir və buna baxmayaraq, Serbiya və Ermənistan kimi ölkələr hələ də Aİ-yə üzvlüyə can atırlar: “İqtisadi baxımdan Avropa İttifaqı bir çox amillərə, o cümlədən uzaqgörən siyasətinə görə öz üstünlüklərini itirir. İnertsiya ilə ölkələr – bizim serbiyalı dostlarımız və indi erməni həmkarlarımız – Avropa İttifaqına qoşulmaq istədiklərini bildirirlər. Əminəm ki, onların bu istəyi çox tezliklə yox olacaq”, – deyə Lavrov bildirib.

Qeyd edək ki, Ermənistan parlamenti 2025-ci ildə ölkənin Avropa İttifaqına üzvlük prosesinin başlanmasına dair qanun qəbul edib. Ermənistanın Baş naziri Nikol Paşinyan isə yekun qərarın referendum yolu ilə veriləcəyini bildirib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…