Ermənistanın Şəhərsalma, Texniki və Yanğın Təhlükəsizliyi Müfəttişliyinin ərazi bölmələrinin vəzifəli şəxsləri saxlanılıb.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidməti bu məlumatı Sputnik Ermənistana təsdiqləyib.
“Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən aparılan cinayət işi çərçivəsində 6 nəfər, o cümlədən Şəhərsalma, Texniki və Yanğın Təhlükəsizliyi Müfəttişliyinin ərazi bölmələrində yüksək vəzifələrdə çalışmış şəxslər saxlanılıb”,- deyə qurumdan bildirilib.
Yoxlama orqanının əməkdaşları şəhərsalma qaydalarını pozan tikinti layihələri barədə müsbət rəylər verməkdə ittiham olunurlar.
Y.Məmmədli







