Əsas məzmuna keç

Liviyanın paytaxtı Tripolidə neft anbarına PUA hücumu edilib

Liviyanın paytaxtı Tripolidə neft çənlərinin olduğu əraziyə pilotsuz uçuş aparatı (PUA) hücum edib.

Tezadlar.az xəbər verir ki, Liviya Milli Neft Korporasiyası ilə əlaqəli Brega Oil Marketing Company şirkətinin verdiyi açıqlamada Tripolidəki hava limanı yolunda yerləşən neft çənlərinə pilotsuz təyyarə hücumu pislənilib.

Məlumatda heç bir xəsarət almadığı və müvafiq qrupların ərazini təhlükəsizləşdirdiyi qeyd edilib.

Brega Oil Marketing Company sözçüsü Əhməd Misillati Anadolu Agentliyinin müxbirinə bildirib ki, pilotsuz təyyarə hücumu nəticəsində bəzi neft boru kəmərləri və 220 və 213 nömrəli neft çənləri zədələnib.

Misillati texniki qrupların zərərin qiymətləndirilməsi işlərini davam etdirdiyini və hadisənin təchizat və paylama əməliyyatlarına təsir etmədiyini bildirib.

Misillati əlavə edib ki, şirkət daxili bazara fasiləsiz olaraq 24 saat yanacaq tədarük etməyə davam edir və yanacaq təchizatı sistemində heç bir problem yoxdur.

Avqustun əvvəlində silahlı qruplar Tripolinin qərbindəki Zaviya şəhərindəki neft obyektlərinə kamikaze pilotsuz təyyarə hücumları təşkil edib və nəticədə neft anbarında dizel çənində yanğın baş verib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…