Əsas məzmuna keç

Gürcü bloqerlər Gəncə ilə tanış oldu

Gürcüstandan olan bir qrup bloqer və jurnalistin Gəncə şəhərinə səfəri başlayıb.

Tezadlar.az-ın məlumatına görə, qonaqlar ilk olaraq Gəncə Memorial kompleksini ziyarət ediblər.

Kompleksə baxış zamanı qeyd olunub ki, 2022-ci ilin yanvarında təməli qoyulan bu kompleks İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.

Kompleksdə şəkillər və eksponatlarla tanış olan gürcü jurnalist və bloqqerlərin diqqətinə çatdırılıb ki, cəbhə xəttindən 80 kilometr aralıda yerləşən Gəncə şəhəri Vətən müharibəsi dövründə, 2020-ci il oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan silahlı qüvvələrinin “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket sistemlərindən atəşə məruz qalıb. Bu amansız hücumlar nəticəsində 6-sı uşaq olmaqla, 26 mülki şəxs həyatını itirib, 142 dinc sakin isə yaralanıb.

Daha sonra qonaqlar Xan Bağı və Cümhuriyyət muzeyi ilə tanış olublar, şəhər mərkəzində gəziblər.

Qeyd edək ki, gürcüstanlı bloqer və jurnalistlər səfər çərçivəsində Gəncədən əvvəl Ağdam, Şuşa və Xankəndidə olublar.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…