Əsas məzmuna keç

Röya və Kazım Candan musiqi sürprizi

Azərbaycan pop səhnəsinin kraliçası Röya Ayxan bəstəkar-müğənni Kazım Can ilə yeni duetini təqdim edib. 

Tezadlar.az xəbər verir ki, “Dosta” adlanan mahnı artıq dinləyicilərin ixtiyarındadır.

Mahnının sözləri Orxan Qarabasma və İlqar Bayramova, musiqisi isə Kazım Cana məxsusdur.

Klipin rejissoru Cəlal Kəngərlidir. Ekran işində müğənnilər İsmail Zadə, Nigar Camal, Aygül və stilist Elnur Həsənov da yer alıblar.

Röya Ayxan və Kazım Can klipdə üç fərqli obrazda kamera qarşısına keçiblər. Sənətçilərin obrazları üzərində stilist Elnur Həsənov çalışıb. Röya Ayxanın saç və makiyajı da Elnur Həsənov tərəfindən hazırlanıb.

Rəsmi təqdimatı hələ baş tutmayan “Dosta” artıq sosial şəbəkələrdə böyük maraq yaradıb. Mahnı xüsusilə TikTok-da diqqət çəkərək qısa zamanda geniş auditoriyanın marağına səbəb olub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…