Əsas məzmuna keç

Putin Stiv Vitkovla görüşün pərdəarxası məqamlarını açıqlayıb: “…Bəli, razılığa gəldik”

Vladimir Putin  üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu bildirib.

Moskva yekun sülh razılaşmasına sadiqdir. Moskva Ukrayna münaqişəsinin həlli ilə bağlı üçtərəfli danışıqlar formatını bərpa etməyə hazırdır. Eyni zamanda, Rusiya yekun sülh razılaşmasına sadiqdir.

Bu sözləri  Rusiya Prezidenti Vladimir Putin bildirib.

“ABŞ administrasiyasının nümayəndəsi ilə danışıqlarımıza gəldikdə, bəli, üçtərəfli əlaqələrimizi bərpa etməyə hazır olduğumuza dair razılığa gəldik. Bu danışıqların məqsədi sülh razılaşmasına çatdıqdan sonra Ukrayna və Rusiyanın təhlükəsizliyinin təmin edilməsini müzakirə etmək olacaq”, – deyə Vladimir Putin vurğulayıb.

Putin qeyd edib ki, tərəflərin hərbi əməliyyatların müvəqqəti dayandırılmasını müzakirə etməkdənsə, yekun razılaşma barədə razılığa gəlməsi vacibdir.

Rusiya Prezidentinin bu açıqlaması Pavel Zarubinlə müsahibədə verilib.

Qeyd etmək lazımdır ki, Rusiya Prezidenti Vladimir Putin dünən Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkovla görüşüb və ikisi Ukrayna münaqişəsinin həllini müzakirə ediblər.

 

Y.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…