AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Ali məktəb tələbələri üçün dərs vəsaiti kimi çap etdiyirdiyi «FƏLSƏFƏ» kitabı barədə, nədənsə, indi hamı susur… BDU-dan “Təzadlar”a daxil olmuş sorğu əsasında bu kitabla maraqlandıq. Olduqca maraqlı məlumata rast gəldik. Budur, kitabı vərəqləyirik. Rəyçilərə diqqət etdik:
Kitabı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası buraxıb. Layihənitı rəhbəri: AzərTAC-ın baş direktoru
Aslan Aslanov, kitabın Elmi redaktoru BDU-nun kafedra müdiri, AMEA-mn müxbir üzvü, AAK-ın psixologiya üzrə Ekspert Şurasının sədri,
25 ildir Ağdam rayonundan deputat Bəxtiyar Əliyev, redaktoru AzərTAc-m baş direktorunun müavini Dağbəyi İsmayılovdur. «Mehdiyev R.Ə.
Fəlsəfə. Dərs vəsaiti. Bakı, “Şərq-Qərb”, 2010, 360 səh.».
Ən maraqlısı, kitab Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ali məktəblər üçün dərs vəsaiti kimi tövsiyə olunmuşdur. Kitabın məzmunu və mahiyyəti barədə heç nə deyə bilmərik. Bir halda ki, akademikin bu kitabı Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi tövsiyyə olunub, deməli, lazımlı kitabdır və s. Amma bizi bir məsələ düşündürür: iki gün əvvələ kimi B.Əliyevin Akademik Ramiz Mehdiyevin elmi-fəlsəfi baxışları, yaradıcılığı və s. barədə elektron KİV-lərdə dərc olunmuş və sosial mediada, eləcə də şəbəkələrdə paylaşılmış məqalələr toplusu yerləşdirilmiş link bu gün açılmır. Bu barədə «Təzadlar»a məlumat verən AMEA əməkdaşlarından biri də bunu təsdiq edən sübutları bizə göndərib…
İndi sual Təhsil Nazirliyinədir: Ramiz Mehdiyev 14 il azadlıqdn məhrum edildi, elmi adları əlindən alınır, mülkləri kimi… Bəs indi nə olacaq: tələbələrə deyiləcək ki, o vaxt səhv olub, bu kitabları aparın yandırın?! Bəs yeni fəlsəfə kitabı varmı tələbələr oxuyub bəhrələnsin???
Ey gidi dünya, biz bu cür məqsəd və məramla hara gedirik??? Ziyalıları belə üzü və özü dönükdürsə, onda bu səmiyyət neyləsin, başına haranın… qarını töksün?!
P.S.İndi döşənib Mehdiyevi təriflədikləri yazıları saytlardan pul verib sildirirlər… Ayıq olun! “Azərbaycan” qəzetində də 14 il azadlıqdan məhrum edilmiş akademikin məqalələri kimi…
Mahmud







