Əsas məzmuna keç

İran enerji böhranından sonra xalqını kəmərlərini sıxmağa çağırır

İranın daxili işlər naziri İskəndər Mumini ölkənin enerji böhranını aradan qaldırmaq üçün ev təsərrüfatlarının enerji istehlakının 20 faiz azaldılması lazım olduğunu bildirib.

Tezadlar.az xəbər verir ki, İran mediası daxili işlər naziri İskəndər Mumini-nin yüksək enerji istehlakı ilə bağlı açıqlama verdiyini bildirib. Mumini enerji qənaətində təbii qaz istehlakına üstünlük verilməli olduğunu və ev təsərrüfatlarının istehlakında 20 faiz azalmanın ölkədəki çətin şərtləri asanlıqla aradan qaldıracağını söyləyib.

Mumini istehlakın azaldılmasının hər kəsin iştirakı və əməkdaşlığı ilə mümkün olduğunu bildirib və əlavə edib: “Enerji istehlakı vərdişlərini dəyişdirmək üçün davamlı maarifləndirmə kampaniyalarına ehtiyac var”.

ELBAR          

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…