Əsas məzmuna keç

Ərəb Koalisiyası: 2 ballistik raket məhv edildi

Yəməndəki qanuni hökuməti dəstəkləyən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası İranın dəstəklədiyi Husi üsyançıları tərəfindən paytaxt Ər-Riyada atılan iki ballistik raketin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, koalisiyanın sözçüsü Briqada generalı Turki əl-Maliki ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında verdiyi açıqlamada Husilərin Ər-Riyadı ballistik raketlərlə hədəf almağa çalışdığını bildirib.

Maliki deyib: “Terrorçu Husi milisləri tərəfindən paytaxt Ər-Riyada atılan iki ballistik raket hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildi.”

Bu arada, Səudiyyə Ərəbistanı Mülki Müdafiə İdarəsinin verdiyi açıqlamada Ər-Riyada potensial təhlükəyə qarşı erkən xəbərdarlıq sisteminin işə salındığı və ictimaiyyətdən rəsmi orqanların təlimatlarına əməl etmələrinin xahiş olunduğu bildirilib.

Mülki Müdafiə İdarəsinin erkən xəbərdarlıq sisteminin işə salınmasından qısa müddət sonra verdiyi ikinci açıqlamada xəbərdarlıq edilən ərazilərdə “təhlükənin keçdiyi” bildirilib.

Açıqlamada ictimaiyyətə təhlükəsizlikləri üçün rəsmi orqanların təlimatlarına əməl etmələri və hadisə yerində şəkil çəkməkdən çəkinmələri tövsiyə edilib.

Ərəb Koalisiyası əvvəllər İran tərəfindən dəstəklənən Husi pilotsuz təyyarəsinin və Səudiyyə Ərəbistanını hədəf alan kruiz raketinin hava hücumundan müdafiə sistemləri tərəfindən tutularaq məhv edildiyini açıqlamışdı.

Husilərin Səudiyyə Ərəbistanına hücumları

Yəməndəki böhran İran tərəfindən dəstəklənən Husilərin 2014-cü ilin sentyabr ayında paytaxt Sənanı və bəzi digər əraziləri ələ keçirməsindən sonra daha da dərinləşib.

Bu hadisələrdən sonra Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası 2015-ci ilin mart ayından etibarən beynəlxalq səviyyədə tanınmış Yəmən hökumətini dəstəkləməyə başlayıb.

2022-ci ilin aprelində qüvvəyə minən atəşkəslə nisbətən sakit bir dövr yaşayan ölkədə iyul ayından bəri münaqişələrin yenidən şiddətlənməsi yerdəki nəzarət xəritəsini dəyişdirib.

Yəməndə hökumətin nəzarətində olan ərazilərə hücumlarını artıran İran tərəfindən dəstəklənən Husilər, həmçinin Səudiyyə Ərəbistanını ballistik raketlər və dronlarla hədəf alırlar.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…