27 Fevral 2025 / 16:41

Lukaşenko: Rusiya heç vaxt Aİ sülhməramlılarını Ukraynaya göndərməyə razı olmayacaq

Rusiya heç vaxt Avropa İttifaqından Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsinə razı olmayacaq.

Tezadlar.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko amerikalı bloger Mario Naufala müsahibəsində bildirib.

“Rusiya heç vaxt bununla razılaşmayacaq, ən azından bu, Rusiyanın bugünkü mövqeyidir”, – Lukaşenkonun sözləri “Belta” dövlət agentliyində yer alıb.

Belarus lideri Aİ rəhbərliyinin, ilk növbədə Almaniya və Fransanın “aqressiv mövqeyinə” diqqət çəkib.

O, nadir torpaq metalları ilə bağlı ABŞ və Ukrayna arasında gözlənilən sövdələşməni də şərh edərək, bu məsələni Rusiya prezidenti Vladimir Putinlə söhbətində qaldırdığını qeyd edib. Lukaşenkonun sözlərinə görə, qəribədir ki, “amerikalılar Ukraynadan onlara sahib olduqları ən vacib şeyi verməsini tələb edirlər”. O, aydınlaşdırıb ki, söhbət təkcə nadir torpaq metallarından deyil, həm də təbii qazdan və neftdən gedir.

“Mən öz mövqeyimi Putinə bu şəkildə bildirdim. Onun sözlərinə görə, Amerikalılar açıq qapını döyürlər, hər şey Rusiyadadır, biz onlarla razılığa gəlib işləyə bilərik”, – Lukaşenko əlavə edib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!