27 Fevral 2025 / 17:14

İsrail Suriyanın cənubuna zərbələr endirib

Fevralın 26-na keçən gecə qonşu dövlətin yeni hakimiyyət orqanlarının yəhudi dövləti ilə həmsərhəd bu ərazidə mövqe və postları zəbt etmək cəhdi ilə əlaqədar İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubuna zərbələr endirib.

Tezadlar.az xəbər verir ki, bu açıqlama ilə İsrailin müdafiə naziri İsrael Kats çıxış edib.

“Dünən (26 fevral – RED.) yeni Suriya rejiminin Suriyanın cənubundakı mövqeləri və postlarını zəbt etmək üçün ilk cəhdi idi, İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubunda demilitarizasiya rejiminin pozulmasına icazə verməyəcəyik və təhdidlərə yol verməyəcəyik”, – Kats deyib. Müdafiə nazirinin açıqlamalarını Kan radiostansiyası yayıb.

Kats əlavə edib ki, İsrail Suriyada yaşayan druzlarla “əlaqə saxlamağa sadiqdir”. Onun sözlərinə görə, “İsraillə sərhədə yaxın olanların gündəlik olaraq Qolan təpələrinə gəlib işləməsinə icazə verilməsi imkanları nəzərdən keçirilir”.

Fevralın 26-na keçən gecə İsrail Müdafiə Qüvvələri Suriyanın cənubundakı hərbi obyektlərə zərbələr endirib və onları yəhudi dövlətinin vətəndaşları üçün təhlükə adlandırıb. Ordunun mətbuat xidməti hücum edilən hədəflər arasında “komandirlik mərkəzləri və çoxsaylı silah obyektlərini” qeyd edib. Mətbuat xidməti bildirib ki, “Suriyanın cənubunda hərbi qüvvələrin və aktivlərin olması İsrail vətəndaşları üçün təhlükə yaradır”. Həmin gün Müdafiə Nazirliyinin rəhbəri bildirib ki, İsrail Hərbi Hava Qüvvələri “Suriyanın cənub bölgələrini sakitləşdirmək” üçün “yeni siyasət” çərçivəsində Suriya ərazisindəki hədəflərə hücum edib.

ELBAR

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!