2 Mart 2025 / 12:25

İki nəfər qazdan zəhərlənərək ölüb

Xantı-Mansiysk Muxtar Dairəsində bir gənc və bir yeniyetmə məişət qazından zəhərlənərək ölüb.

Tezadlar.az xəbər verir ki, bu barədə Yuqorsk şəhərinin administrasiyası Telegram kanalında məlumat yayıb.

Hadisə martın 2-nə keçən gecə fərdi yaşayış evində baş verib. Zəhərlənənlər arasında 25 yaşlı kişi və 13 yaşlı uşaq da var.

“Qəzanın ilkin səbəbi qaz avadanlıqlarının düzgün işləməməsi və ya nasazlığıdır. Hadisənin baş vermə şəraiti və səbəbləri müəyyənləşdirilir”, – məlumatda deyilir.

Ölümlə nəticələnən zəhərlənmə ilə bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!