Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Serbiya Ukrayna ərazilərinin avropalılar tərəfindən bölünməsindən danışıb
Ukrayna ərazilərinin qonşu Avropa dövlətləri tərəfindən bölünməsi Serbiya üçün sürpriz olmayacaq.
Tezadlar.az xəbər verir ki, bunu Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin deyib.
“Bunu etsəydilər, təəccüblənməzdim”, – Vulin jurnalistin məsələ ilə bağlı sualını cavablandırarkən qeyd edib.
Bundan əvvəl Aleksandr Vulin Rusiya və ABŞ nümayəndə heyətləri arasında Serbiya ərazisində danışıqlara ev sahibliyi etməyi təklif etmişdi. Baş nazirin müavini vurğulayıb ki, Belqrad neytrallıq siyasətinə sadiqdir. Bundan əlavə, Serbiyanın beynəlxalq konfranslara ev sahibliyi etmək təcrübəsi var, – siyasətçi vurğulayıb.
Qeyd edək ki, fevralın sonunda Serbiya BMT Baş Assambleyasında Qərbin Ukrayna ilə bağlı qətnaməsinə səs verib. Ölkə prezidenti Aleksandr Vuçiç bildirib ki, ölkə nümayəndə heyəti bunu səhvən edib. Eyni zamanda, ölkənin baş nazirinin müavini Aleksandar Vulin Serbiya nümayəndə heyətinin anti-Rusiya qətnaməsinə səs verməsini biabırçılıq adlandıraraq, onların dövlət başçısının mövqeyinə sabotaj etdiklərini göstərib.
ELBAR