7 Mart 2025 / 09:54

Məhkəmə Cənubi Koreya prezidentinin həbsini ləğv etdi

Cənubi Koreya məhkəməsi Cənubi Koreya prezidenti Yun Sok Yolu həbsdən azad edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.

Fevral ayında prezident tərəfi Seul Mərkəzi Məhkəməsinə müvafiq vəsatətlə müraciət edib.

Dekabrın 14-də parlament Yun Sok Yola impiçment elan edib. Məhkəmə Yun Sok Yolun konstitusiya quruluşuna qarşı üsyan etdiyinə görə yanvarın 19-da həbs edilməsinə qərar verib və o, yanvarın 15-də həbs edilib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!