10 Mart 2025 / 13:56

Lavrov iki ölkə arasında ziddiyyətlərin aradan qaldırılması istiqamətində görülən işləri belə dəyərləndirib

Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlərdəki problemlərin və ziddiyyətlərin aradan qaldırılması üçün iş, ümumiyyətlə, hələ başlamayıb.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Rusiya tərəfi Amerikanın yeni administrasiyasının addımlarını yüksək qiymətləndirir, lakin nəticə çıxarmaq üçün hələ tez olduğunu qeyd edib.

“Biz amerikalılarla münasibətlərimizdə yığılmış problemlərin və ziddiyyətlərin aradan qaldırılması üçün heç işə başlamamışıq”, – Lavrov qeyd edib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!