12 Mart 2025 / 12:09

İran Trampın nüvə proqramı ilə bağlı məktubunu almayıb

İran hələ də ABŞ prezidenti Donald Trampdan İranın nüvə proqramı ilə bağlı Ali Rəhbər Ayətullah Əli Xameneiyə ünvanlanan məktub almayıb, lakin vasitəçi onu tezliklə çatdıracaq.

Tezadlar.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bildirib.

“Məktub yazılıb, lakin hələ ki, bizə çatmayıb. Razılaşma var ki, ərəb ölkələrindən birinin nümayəndəsi onu yaxın vaxtlarda Tehrana çatdıracaq”, – nazir İranın dövlət televiziya və radio şirkətinin yayımladığı brifinqdə deyib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!