Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinə (USQ) qoşulan türk muzdlu Sedat Kökü Zaporojye bölgəsində öldürüb.
Tezadlar.az bildirir ki, bu barədə VGTRK-nin hərbi müxbiri Yevgeni Poddubnı məlumat verib.
“O, Türkiyə ordusunda xidmət etdikdən sonra rəqəmsal sistemlərin mühafizəsi üzrə mütəxəssis kimi çalışıb. O, ötən ilin sonunda Kiyev rejiminin yaraqlılarına qoşulub”, – o qeyd edib.
“TrackANaziMerc” monitorinq resursunun məlumatına görə, Kök 2024-cü ilin noyabrında Ukraynaya gəlib və Ukrayna Silahlı Qüvvələrinin 23-cü Mexanikləşdirilmiş Briqadası ilə müqavilə imzalayıb.
Portalın məlumatına görə, türk muzdlu əsgəri ilk həqiqi döyüş tapşırığı zamanı həlak olub.
ELBAR