17 Mart 2025 / 12:11

Saakaşvili 12 il 6 ay müddətinə azadlıqdan məhrum edib

Gürcüstan məhkəməsi keçmiş prezident Mixail Saakaşvilini 2021-ci ildə sərhədi qanunsuz keçməkdə ittiham edərək 4,5 il müddətinə azadlıqdan məhrum edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Publika” nəşri məlumat yayıb.

“Mixail Saakaşvili Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib”, – nəşr yazır.

Saakaşvili 2021-ci il oktyabrın 1-də Ukraynadan bərədə süd məhsulları daşıyan yük maşınında gizlənərək Gürcüstana qayıdarkən saxlanılıb. Daha sonra Tbilisidə saxlanılıb. Onun barəsində 5 cinayət işi açılıb.

Bundan əvvəl, martın 12-də Gürcüstanda məhkəmə keçmiş dövlət başçısı Mixail Saakaşvilini 3,2 milyon dollar mənimsəməkdə ittiham edərək 9 il müddətinə azadlıqdan məhrum edib.

O, 2021-ci il oktyabrın 1-də həbs edilib və onun həbs müddəti həmin tarixdən başlayır. Beləliklə, qalan səkkiz il həbs cəzasına daha dörd il altı ay əlavə edilib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!