Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Almaniyanın xarici işlər naziri Annalena Berbok ABŞ prezidenti Donald Trampa Rusiya lideri Vladimir Putinlə danışıqları öncəsi Avropa ilə bağlı məsləhətlər verib.
Tezadlar.az xəbər verir ki, bu barədə “Tagesschau” məlumat yayıb.
Diplomat Putini Ukraynanın zərərinə qeyd-şərtsiz güzəştə getməməyə çağırıb.
“Avropalıların və amerikalıların birlikdə və vahid şəkildə hərəkət etməsi indi çox vacibdir”, – o, vurğulayıb.
Bundan əvvəl Tramp rusiyalı həmkarı ilə martın 18-də yeni söhbət aparacağını bildirmişdi. O, əlavə edib ki, danışıqlar zamanı “bu müharibəyə son qoymağın mümkün olub-olmadığını görmək” niyyətindədir. Hazırda “çox yaxşı şanslar” var, – deyib.
ELBAR