4 Aprel 2025 / 12:33

Vüqar Bayramov Kərimbəyli kəndindəki seçiciləri ilə görüşüb – qayğılarını dinləyib

Növbəti görüşümüz Füzuli rayonunun Kərimbəyli kəndinin sakinləri ilə oldu. Görüşdə iştirak edən sakinlər yaşadıqları kəndlərinin və öz qayğılarını dilə gətirdilər.

Tezadlar.az  xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov öz sosial media hesabında bildirib.
“Həmyerlilərimizin müraciətləri torpaq sənədləşməsi, məşğulluq, su və eləcə də digər kommunal xidmətlər ilə təminat, əlillik dərəcəsinin alınması, iş yerlərinin dəyişdirilməsi, sosial təminat və digər mövzuda idi.
Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırırıq”, – deyə Bayramov qeyd edib.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!