11 Aprel 2025 / 11:44

Ölkəmizdə26 minədək işsizin işlə təmin olunacağı gözlənilir – Dünya Bankının maliyyə dəstəyi ilə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində həssas qruplara aid 24 minədək işsiz şəxs üçün istehsal və xidmət sahələri üzrə kiçik bizneslər yaradılıb.

Tezadlar.az  nazirliyin məlumatına istinadən xəbər verir ki, bu barədə Dünya Bankının sosial müdafiə və iş yerləri üzrə regional meneceri Paolo Belli ilə görüşdə bildirilib.

22 min işsiz şəxsi əhatə etməsi hədəflənən layihənin icrasının nəticəsi olaraq iştirakçıların sayının cari il ərzində 26 mini ötəcəyi qeyd edilib.

“Məşğulluğa Dəstək Layihəsi” üzrə görüləcək işlər, Dünya Bankı ilə sosial sahədə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!