23 İyun 2021 / 09:11

TÜRKİYƏ TARİXİNDƏ ƏN ÇOX KOKAİN ƏLƏ KEÇİRİLDİ

Türkiyənin cənubunda yerləşən Mersin limanında son bir həftə ərzində keçirilən əməliyyat nəticəsində 1 ton 763 kq kokain ələ keçirilib.

“TRT Haber” xəbər verir ki, məlumatı Türkiyə Ticarət Nazirliyi yayıb.

Bildirilib ki, nazirliyin Gömrük Mühafizə Xidmətinin əməkdaşları ötən həftə Mersində Türkiyə tarixində ilk dəfə olaraq 1,3 ton kokain ələ keçirmişdi. Ötən gün isə 463 kiloqram kokain tutulub. Nəticədə bir həftə ərzində 1 ton 763 kq bu narkotik maddə ələ keçirilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!