30 May 2025 / 17:46

Dövlət rəsmiləri milli komandanın oyununu izlədi – Video

dovlet-resmileri-milli-komandanin-oyununu-izledi

Oxunma sayı: 170

 

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda Azərbaycan və İngiltərə milli komandaları arasında minifutbol üzrə dünya çempionatının 1/4 final oyunu keçirilib.

“Tezadlar.az”ın məlumatına görə, qarşılaşmanı izləyənlər arasında dövlət rəsmiləri də olub.

Milli Gimnastika Arenasında keçirilən qarşılaşmanı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov, baş prokuror Kamran Əliyev, Ali Məhkəmənin sədri İnam Kərimov, “AzərEnerji”nin sədri Baba Rzayev birlikdə izləyib.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, qarşılaşma yığmamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!