Əsas məzmuna keç

Xamenei qərra verdi: “Müharibə indi başlayır”

İranın ali dini lideri Ayətullah Əli Xameneyi İsraillə hərbi münaqişənin yeni mərhələsinin başladığını elan edib. Tezadlar.az TRT- Haber- ə istinadla bildirir ki,  Ə.Xamenei bu barədə “X” hesabında paylaşım edib. Paylaşımda deyilir: “Heydər adına döyüş başlayır. Əli Zülfüqar qılıncı ilə Xeybərə qayıdır. Biz terrorçu sionist rejimə sərt cavab verməliyik. Sionistlərə rəhm etməyəcəyik”.

Qeyd edək ki, ötən gecə ərzində İran Silahlı Qüvvələri Təl-Əviv və Hayfa şəhərlərinə raket zərbələri endirib. Raket zərbələri nəticəsində azı 100 nəfərin xəstəxanalara yerləşdirildiyi bildirilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…