Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MərkəzləşdirilmişKitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasındahəyata keçirilən “Yubileylər silsiləsi” layihəsi çərçivəsində XIX əsrAzərbaycan şairi, pedaqoq, maarifçi və tərcüməçi Seyid Əzim Şirvaninin190 illik yubileyinin qeyd olunması və XX əsr Azərbaycan ədəbiyyatınıngörkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyiilə əlaqədar videoçarxlar hazırlandı.
Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş videoçarxAzərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin sitatları ilə başlayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamındaqeyd olunur: “Seyid Əzim Şirvani yaradıcılığı boyu… Şərq poeziyasının çoxəsrlik ənənələrini yüksək sənətkarlıqla davam etdirmiş, …Azərbaycan ədəbiyyatının yeni maarifçilik ideyaları ilə zənginləşməsində əhəmiyyətli rol oynamışdır”.
Videoçarxda Seyid Əzimin həyatı və ədəbi yaradıcılığı, pedaqoji fəaliyyəti haqqında məlumat verilir. Qeyd olunur ki, S.Ə.Şirvani 1869-cu ildə Şamaxıda “Üsuli-cədid” məktəbini açır və ömrünün sonuna qədər bu məktəbə rəhbərlik edir. Onun şagirdləri arasında böyük satirik şair M.Ə.Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və b. yazıçılar da olub. Seyid Əzim Şirvaninin yazdığı hekayələr Qori seminariyasının “Vətən dili” dərsliyinə daxil edilmişdir.

Videoçarxda izləyicilərə təqdim olunan maraqlı məlumatlardan biri də odur ki, 1874-cü ildə Şamaxıda yeni açılan məktəbdə Seyid ƏzimAzərbaycan, fars dili və şəriət müəllimi təyin olunur. Sonralar həmin məktəbə rəhbərlik edir.
Seyid Əzim Şirvani maarif sahəsindəki xidmətlərinə görə, 1886-cı ildə gümüş medalla təltif olunur. Bu sənədin əsli Azərbaycan SSRİ Daxili İşlər Nazirliyinin arxivində saxlanılır.
İzləyicilərə təqdim olunan maraqlı məlumatlardan biri də odur ki, 1920-ci ilə qədər S.Ə.Şirvaninin əsərlərinin 5 nəşri var idi: Tiflisdə (1895), Təbrizdə (1895-1897 və 1912), Bakıda (1902). 1920-ci ildən sonra S.Ə.Şirvaninin əsərləri tərcümə edilərək digər dillərdə də nəşr olundu.
Seyid Əzim Şamaxıdakı “Beytüs-səfa” (“Paklar evi”) şairlər məclisinədə uzun illər rəhbərlik edir. Şair lirik qəzəllərində Füzuli ənənələrini davam etdirmiş, satirik şeir və təmsillərində insanları maarifə və mədəniyyətə çağırmışdır. M.M.Nəvvab, F.b.Köçərli, F.Qasımzadə, M.A.Dadaşzadə, H.Araslı və b. onun şeir və qəzəllərinə yüksək qiymət veriblər.
Videoçarxda şairin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş bölmə var.
Videoçarxda şairin bir neçə qəzəlləri və qəzəlinə yazılmış mahnı səsləndirilir.
Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş videoçarx Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bu sözləri ilə başlayır: “İkinci bir Bəxtiyar Vahabzadə yoxdur. O, başqasına bənzəmir və onu heç kəs əvəz edə bilməz”. Ulu Öndər Bəxtiyar Vahabzadə ilə görüşən zaman ona demişdir: “Xalqın düşüncə və arzuları, hiss və duyğuları, istək və amalları həmişə sizin zəngin yaradıcılığınızın, mübariz poeziyanızın cövhəri olmuşdur”. Sonra videoçarxda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin: “Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli sənətkarlarındandır… Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edirdi”, – sitatı verilir.
Videoçarxda Ulu Öndərin Xalq şairi Bəxtiyar Vahabzadə ilə görüşünün fraqmenti, Ulu Öndərin və B.Vahabzadənin lentə alınmış çəkilişlərindən parçalar təqdim olunur.
Videoçarxda qeyd olunur ki, Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə B.Vahabzadə yaradıcılığının mühüm istiqamətlərindən birini təşkil edib. Ana dilimizi yorulmadan təbliğ edən B.Vahabzadə böyük bir ədəbi irsi gələcək nəsillərə yadigar qoyub. Şair fəlsəfi məzmunlu lirikanın gözəl nümunələrini yaratmağa müvəffəq olub.
Şairin dərin lirizmi ilə səciyyələnən sözlərinə çoxsaylı mahnılar bəstələnib. Bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şeiri ilə başlayıb. “Mənim dostlarım” adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əks olunub. O, 1958-ci ildə yazdığı “Gülüstan” poemasında iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmişdir. B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisist kitabın və yüzlərlə məqalənin, tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir.
Videoçarxda Xalq şairinin bir sıra kitabları nümayiş olunur. OnunAzərbaycan və xarici ölkə teatrlarının səhnələrində uğurla tamaşayaqoyulan və müəllifinə geniş şöhrət gətirən pyesləri haqqında məlumatverilir. Görkəmli şairin 1960-2003-cü illərdə Azərbaycan Dövlət AkademikMilli Dram Teatrında tamaşaya qoyulan “İkinci səs”, “Vicdan”, “Yağışdansonra”,“Yollara iz düşür”, “Fəryad”, “Hara gedir bu dünya?”, “Özümüzükəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət” pyesləri qeydolunur.
Videoçarxda B.Vahabzadənin təltif və mükafatlarıda yer alır. Burada“Xatirəsi Azərbaycanda”, “Xaricdə” bölmələridə var. Xalq şairinin Şəkişəhərindəki Ev-muzeyi haqqında da məlumat verilir və muzeydəki bəzieksponatlar nümayiş olunur.
Hər iki videoçarxda Azərbaycan Respublikası Prezidenti İlhamƏliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyatakeçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə Seyid ƏzimŞirvaninin və Bəxtiyar Vahabzadənin əsərlərinin nəşr olunması qeydolunur.
Y.Məmmədli
Videoçarxlar kitabxananın YouTube kanalında yerləşdirilib:
https://www.youtube.com/watch?v=YSVyu_g45jY&t=62s
https://www.youtube.com/watch?v=lC5LnmdPuxo&t=74s