Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tramp dünyəvi sülhpərvər olduğunu sübut etmək üçün var qüvvəsini səfərbər edib… Belə ki, ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında ikitərəfli görüşün hazırlanma mərhələsində olduğunu bildirib. xəbər verir ki, o, amerikalı jurnalist Mark Levinə müsahibəsində müvafiq bəyanatla çıxış edib.
“Prezident Putinlə çox uğurlu görüş keçirdim. Prezident Zelenski ilə çox uğurlu görüşüm olub. Düşünürəm ki, vəziyyəti anlamaq üçün mənsiz görüşsələr daha yaxşı olar. Bundan nə çıxacağını anlamaq istəyirəm. Onlar (mümkün görüş – Qeyd) üzərində işləyirlər, nə baş verəcəyini görəcəyik”, – Amerika lideri əlavə edib.
O, Rusiya-Ukrayna münaqişəsindən danışaraq qeyd edib ki, ABŞ-nin əvvəlki prezidenti Cozef Baydenin administrasiyası dövründə vəziyyət daha da pisləşib:
“Düşünürəm ki, bu, III dünya müharibəsinə doğru gedirdi, lakin indi bu, daha baş verməyəcək. Bu, yaxşı xəbərdir. Artıq bundan narahat olmaq lazım deyil”.
Qalır Putinin yersiz şərtlərinin Zelenski tərəfindən necı qəbul edilməsi…
A.Məmmədli